Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) klubu bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Jelko Kopiçin baş məşqçi olduğu komanda "Draqovolyaç"ı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Zaqreb təmsilçisi 27 oyundan sonra 57 xalla "Osiyek"lə birlikdə ilk iki pilləni bölüşdürür. Komanda rəqibi ilə müqayisədə bir oyun az keçirib. "Draqovolyaç" isə 28 oyuna 14 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, qış fasiləsində Polşa "Legiya"sından ayrılan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb.