Azərbaycan Premyer Liqasının XXI turunda "Zirə" ilə görüşdə xəsarat alan "Neftçi"nin kapitanı Emin Mahmudovun durumu açıqlanıb.
Paytaxt təmsilçisinin Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçinin vəziyyəti yaxşıdır.
Mahmudov qarşıdakı görüşlərdə komandasına kömək edə biləcək.
Qeyd edək ki, "Neftçi" - "Zirə" oyunu 1:1 hesabı ilə yekunlaşıb. Emin Mahmudov görüşün sonların rəqib qapıçı Mehti Cənnətovla toqquşub. Nəticədə baş hakim İnqilab Məmmədov "qartallar"ın qapısına penalti təyin edib.