"Neftçi" "Şamaxı"ya qarşı keçirəcəyi Premyer Liqanın XXII tur oyununa hazırlığını davam etdirir.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Zirə" ilə görüşün ertəsi bərpa məşqi edən “ağ-qaralar” birgünlük fasilədən sonra aprelin 6-da hazırlığa başlayıb.
Bu gün klubun bazasında keçirilən növbəti məşqdə əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Flaqman sabah eyni məkanda oyunöncəsi son məşqini keçəndən sonra Şamaxıya yola düşəcək.
Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” matçı saat 14:00-da başlayacaq.