
Ukraynanın "Şaxtyor" (Donetsk) komandası xeyriyyə oyunu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Donetsk təmsilçisi Yunanıstan təmsilçsii "Olimpiako"la üz-üzə gələcək.
Yunanıstandakı qarşılaşma aprelin 9-da olacaq. Matçdan əldə olunan bütün gəlir ukraynalı qaçqınlara sərf ediləcək.
Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb. 18 turdan sonra "Şaxtyor" (Donetsk) komandası 47 xalla birinci, Kiyev "Dinamo"su isə 45 xalla ikinci pillədə qərarlaşıb.