"Birinci hissədə rəqib bizdən üstün idi, əsl şamaxılı kimi çıxış edirdi. İkinci hissədə oyunu dəyişə bildik. Əsl "Neftçi"li olduğumuzu ortaya qoyduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra CBC Sport-a açıqlamasında deyib.
O, matçın xeyli çətin keçdiyini bildirib: "Həddindən artıq çətin səfər idi. Uzun müddətdən sonra belə gənc oyunçularımız bu cür ab-hava altında oynayırdılar. Bu da başadüşüləndir".
Abasov Yusuf Lavalın əvvəlki oyunlarını göstərə bilməməsinin səbəbini də açıqlayıb: "Laval əsas heyət oyunçusudur. Yenə risk altında meydana buraxdıq. "Zirə" ilə oyundan əvvəl zəhərlənmişdi, bu gün isə optimal formasına düşməmişdi. Tezliklə əsas heyətə qayıdacağına inanıram".