
"Komandalar bir-birinə güzəştə getmək istəmirdi".
Sportnet.az məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev "Zirə"yə 3:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXII tur oyunundan sonra mətbuat konfransında deyib.
29 yaşlı mütəxəssis qarşılaşmada əllərinə düşən fürsətlərdən yararlandıqlarını söyləyib: "Çox parlaq oyun alındı. Biz bu gün komanda olduğumuzu göstərdik. Avrokubok şansları barədə danışmaq istəmirəm. Artıq hər oyuna final kimi baxacağıq. Hazırda öz məşqlərimizə köklənməliyik. Məqsədimiz daha yaxşı komanda olmaqdır. Başqa heç nə haqqında düşünmürük".
Musayev XXIII turda qarşılaşacaqları "Neftçi" ilə görüşə də toxunub: "Çətin və maraqlı qarşılaşma olacaq. Bu komanda ilə oyunlarımız çox xoşuma gəlir".