UEFA Norveçin "Budyo Qlimt" klubunun baş məşqçisi Hötil Knutsen və İtaliya "Roma"sının qapıçılar üzrə məşqçisi Nunu Santuşu cəzalandırıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna iki mütəxəssis arasında UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunu zamanı baş vermiş insident səbəb olub.
Hər iki şəxs dava ilə bağlı aparılan araşdırma başa çatanadək futboldan kənarlaşdırılıb.
Qeyd edək ki, "Budyo Qlimt"in 2:1 hesablı qələbəsi ilə bitən matçdan sonra Hötil Knutsen və Nunu Santuş bir-birinə hücum edib. Komandalar arasında cavab görüşü aprelin 14-də İtaliyada keçiriləcək.