
Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun sabiq futbolçusu İqor Dıbçenko vəfat edib.
Sportnet.az Donetsk təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, veteran yarımmüdafiəçi 62 yaşında dünyasını dəyişib.
1981 - 1986-cı illərdə "Şaxtyor"un formasını geyinmiş Dıbçenko 1996 - 2000-ci illərdə seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, İqor Dıbçenko, həmçinin Ukraynanın "Tavriya" və "Krivbass" komandalarında da çıxış edib.