
Sosial şəbəkələrdə İspaniya "Real Madrid"inin sabiq futbolçusu Freddi Rinkonun düşdüyü avtomobil qəzasının videosu yayılıb.
Sportnet.az-ın məlumatına görə, yerli mətbuat avtomobilin avtobusla toqquşma anını lentə alan təhlükəsizlik kameralarının görüntülərini dərc edib.
Hadisə aprelin 11-də Kolumbiyanın Kali şəhərində baş verib. Başından ciddi xəsarət alan veteran yarımmüdafiəçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda reanimasiyada olan 55 yaşlı keçmiş oyunçunun əməliyyat olunacağı bildirilib.
Qeyd edək ki, Freddi Rinkon 1995-1996-cı illərdə "Real Madrid"in formasını geyinib. 1990 - 2001-ci illərdə Kolumbiya yığmasına dəvət alan keçmiş orta sahə oyunçusu İtaliyada "Napoli"nin də şərəfini qoruyub.