“Neftçi” Premyer Liqanın 23-cü turunda "Sabah"a qarşı keçirəcəyi matçın hazırlığına start verib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "Şamaxı" ilə oyunun ertəsi bərpa məşqi edən flaqman birgünlük fasilədən sonra hazırlığa başlayıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, aprelin 16-da "Bakcell Arena"da gerçəkləşəcək "Neftçi" – "Sabah" görüşü saat 20:30-da başlayacaq.