
FIFA və UEFA-nın sabiq prezidentləri Yozef Blatterlə Mişel Platininin məhkəməsinin vaxtı bəlli olub.
Sportnet.az İsveçrə Federal Cinayət Məhkəməsinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 8-də Lozannada başlayacaq proses 12 gün davam edəcək.
Hər iki funksioner maliyyə fırıldaqçılığı, dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Qeyd edək ki, 2021-ci il noyabrın 2-də İsveçrə federal prokurorluğu Blatterin Platininin hesabına qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməsi ilə bağlı ittiham irəli sürüb və onlara cinayat işi açıb. Hər iki şəxs ittihamı rədd edib.