Ukraynalı futbol məşqçisi Viktor Tkaçuk Rusiya ilə müharibədə vəfat edib.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Mariupolda dünyasını dəyişib.
Ailəsini təhlükəsiz yerə aparan Tkaçuk insanlara kömək etmək üçün şəhərdə qalıb. O, hündürmərtəbəli binanın yanğının söndürüldüyü vaxt snayper gülləsinə tuş gəlib. Qonşular onu evinin həyətində basdırıblar.
Qeyd edək ki, əslən Volın vilayətindən olan Viktor Tkaçuk Donetsk "Şaxtyor"unun akademiyasında işləyib.