21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Sportnet.az xəbər verir ki, yığma iyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da Estoniya, iyunun 7-də isə Helsinkidə, “Helsinki Football Stadium”da Finlandiya yığması ilə qarşılaşacaq.
Estoniya ilə oyun 20:00-da, Finlandiya yığması ilə qarşılaşma isə 17:00-da başlayacaq.