Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda AZAL-a qalib gələn "Neftçi"nin baş məşqçisi Arif Əsədov oyun haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, yerli mütəxəssis bunları deyib:
"Maraqlı bir oyun alındı. Evdəki heç-heçədən sonra bizə cavab oyununda erkən qol vurmaq lazım idi. Bunu da bacardıq. Futbolçulara təşəkkür edirəm. Hesab daha da böyük ola bilərdi. Lakin şanslardan yararlana bilmədik. Əsas odur ki, mərhələni adladıq. İndi futbolçulara 3 günlük istirahət verəcəyik. Daha sonra hazırlığımızı bərpa edəcəyik”.
Qeyd edək ki, "Neftçi" yarımfinalda "İnter" və "Xəzər Lənkəran" cütlüyünün qalibi ilə görüşəcək.