İngiltərə "Mançester Siti"si Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Erlinq Holann ilə şəxsi sözləşməsinin şərtlərini razılaşdırıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Nikola Skira şəxsi tvitterində yazıb.
O bildirib ki, norveçli hücumçu "şəhərlilər"lə 2027-ci ilədək müqavilə bağlayacaq. 22 yaşlı forvardın illik əmək haqqı 30 milyon avro olacaq.
"Mançester Siti"nin Holannın 75 milyon avroluq klausulasını aktivləşdirməyə hazır olduğu vurğulanıb.