"Komanda verilən tapşırığı yerinə yetirməyə çalışırdı. Oyunumuzdan razı qaldım. Daha yaxşısını edəcəyimizə inanıram. Qara zolaqda deyilik. Yenidən özümüzü göstərəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"la 1:1 hesablı hesablı heç-heçə etdikləri Premyer Liqanın XXIII tur matçından sonra deyib.
42 yaşlı mütəxəssis bildirib ki, hakim səhvləri ardıcıl olur və hər oyun onların başına gəlir: "Epizodlar onlara və bizə fərqli görünür. Etirazımı normal qarşılamaq lazımdır. Buna görə cəza verirlərsə, sağ olsunlar".
Baxşıyev komandasının daha çox hücumda olduğunu söyləyib: "Çoxsaylı epizodlar yaratdıq. Sadəcə, dəyərləndirməkdə çətinlik çəkdik. İddiamızdan əl çəkməyəcəyik. Sonadək iddiamızı meydanda göstərəcəyik".