"Zirə"nin futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasında 200-cü oyununu keçirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçunun yubileyi "qartallar"ın evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gildiyi XXIII matçına təsadüf edib. Təcrübəli forvard start heyətində meydana çıxıb.
Bunadək ölkə çempionatında 199 oyunun iştirakçısı olmuş futbolçu ümulikdə 37 qola imza atıb.
Qeyd edək ki, 2020-ci ilin əvvəlindən "Zirə"nin formasını geyinən Ağabala Ramazanov bu komandanın heyətində 45 matçda 12 dəfə rəqib qapılarına yol tapıb.