Futbol üzrə Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyununda "Qalatasaray" evdə aşağı dəstəyə düşməsi dəqiqləşən "Yeni Malatyaspor"la qarşılaşıb. "NEF Stadionu"nda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Cim-Bom"un heyətində qolları 51-ci dəqiqə Rayan Babel və 53-cü dəqiqədə Halil Dervişoğlu vurublar.
Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Qalatasaray" 12-ci sıraya yüksəlib. 20 xalı olan "Yeni Malatyaspor" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 72 xalla "Trabzonspor" başçılıq edir.