
Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna yığmanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub.
Millinin yeni baş məşqçisinin adı qarşıdakı günlərdə açıqlanacaq.
Qeyd edək ki, Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi. 65 yaşlı mütəxəssis daha əvvəl Honduras, Ekvador və Çili seçmələrinə də rəhbərlik edib.