Fransa PSJ-si Lionel Messidən başqa komandadakı bütün argentinalı futbolçularla yollarını ayırmağı planlaşdırır.
Sportnet.az "LEquipe" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi Anxel Di Mariyanın mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.
Leandro Paredes və Mauro İkardi İtaliya klublarının maraq dairəsindədir.
Qeyd edək ki, Anxel Di Mariya 2015-ci ildən, Paredeslə İkardi isə 2019-cu ildən PSJ-nin formasını geyinir.