Sergen Yalçın növbəti mövsümdən Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi ola bilər.
Sportnet.az-ın məlumatına görə, bu iddianı "Milliyet" qəzetində işləyən Serdar Sarıdağ irəli sürüb.
Jurnalis məsələ ilə bağlı 50 yaşlı mütəxəssislə danışdığını bildirib: "Mən bunu Sergen Yalçından da soruşdum. O, "mənə təklif gəlsə, niyə də yox?" cavabını verdi. "Qalatasaray"la razılaşsa, təəccüblənmərəm".
Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Türkiyə Super Liqasını və ölkə kubokunu qazanıb. "Qalatasaray"a hazırda Domenek Torren rəhbərlik edir. "Sarı-qırmızılar"ın bu ay keçiriləcək prezident seçkilərindən sonra ispaniyalı mütəxəssislə vidalaşacağı gözlənilir.