"Emreli bura gələndə əsl formasından uzaq düşsə da, oyundan-oyuna inkişaf edir".
Sportnet.az-ın məlumatına görə, buna Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Jelko Kopiç "Hayduk"a qarşı I Liqanın 9-cu turundan təxirə salınmış oyundan öncə Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə danışarkən deyib.
25 yaşlı hücumçunun Split təmsilçisinə qarşı 27-ci tur matçında zədələndiyini xatırladan 45 yaşlı mütəxəssis onun getdikcə daha yaxşı olacağını bildirib: "Mənim üçün xüsusilə müsbət haldır ki, oyunçu problem hiss etsə də, komanda üçün maksimumunu vermək istəyir. Hamımız Emrelinin "Dinamo"ya gələndə hansı formada olduğunu gördük. Onunla yanaşı, bir çox futbolçunu düzgün ritmə qaytarmalı olduq. Mənim üçün ən önəmlisi odur ki, hər kəs klubun uğurları, titulları üçün oynasın və meydanda sonadək mübarizə aparsın".
Qeyd edək ki, aprelin 20-də keçiriləcək "Hayduk" - "Dinamo" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Mahir Emreli Zaqreb təmsilçisinin heyətində 2 qol vurub.