"Liverpul" və "Mançester Yunayted" komandaları İngiltərə Premyer Liqasının XXX tur matçına qara sarğılarla çıxıblar.
Sportnet.az-ın məlumatına görə, bu, "qırmızı şeytanlar"ın futbolçusu Kriştianu Ronaldunun yeni doğulan əkiz övladlarından birinin dünyasını dəyişməsi ilə əlaqədardır.
Bundan başqa, azarkeşlər və futbolçular matçın 7-ci dəqiqəsində oğlan uşağının xatirəsini alqışlarla yad ediblər. Ronaldunun özü görüşdə iştirak etmir.
Qeyd edək ki, hazırda "Liverpul" öndədir - 2:0.