İspaniyanın "Barselona" klubunun futbolçusu Pyer-Emerik Obameyanq yeni uğura imza atıb.
Sportnet.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna səfərdə "Real Sosyedad"a 1:0 hesabı ilə qalib gəldikləri La Liqanın XXXIII tur oyununda nail olub.
Görüşdə yeganə qolun müəllifi olan təcrübəli forvard İspaniya çempionatında meydana çıxdığı 11-ci matçında 9 dəfə fərqlənib.
Qabonlu oyunçu Kataloniya təmsilçisinin sabiq futbolçuları braziliyalı Romario (1993), Ronaldo (1996) və isveçli Zlatan İbrahimoviçin (2010) nailiyyətlərini təkrarlayıb.