
Niderlandın "Ayaks" komandasının yeni baş məşqçisi bəlli olub.
Sportnet.az "Sky Germany" nəşrinə istinadən xəbər verir ki, Amsterdam təmsilçisi hazırda Belçika "Brügge"sinin sükanı arxasında olan Alfred Sxrederə tapşırılacaq.
50 yaşlı mütəxəssis mövsümün sonunda İngiltərə "Mançester Yunayted"inə keçəcək Erik ten Haqı əvəzləyəcək.
Qeyd edək ki, Alfred Sxreder yanvardan Belçika komandasına rəhbərlik edir.