UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, bu raundun ikinci matçında İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edib. "Enfild" stadionundakı görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər 2 qol ikinci hissədə vurulub. Hesab 53-cü dəqiqədə açılıb. Qonaqların qapıçısı Xeronimo Rulyi avtoqol müəllifi olub. Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.
Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.
------------------------------------------
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Sportnet.azn məlumatına görə, bu raundun ikinci matçında İngiltərə "Liverpul"u İspaniyanın "Vilyarreal" klubunu qəbul edəcək. "Enfild" stadionundakı görüşü polşalı Şimon Marçinyak idarə edəcək. Laysmanlar Pavel Sokolnitski və Tomaş Listkeviç, 4-cü hakim isə sloveniyalı Slavko Vinçiç olacaq.
Qarşılaşma öncəsi meydan sahiblərinin heyətində itki yoxdur. Qonaqlardan isə Alberto Moreno və Yeremi Pino zədə səbəbindən meydana çıxmayacaqlar.
Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
28 aprel
23:00. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:0
Qollar: Xeronimo Rulyi, 53 (avtoqol), Sadio Mane, 55
Baş hakim: Şimon Marçinyak (Polşa)
Liverpul, "Enfild" stadionu
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"yə uduzub - 3:4.