Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çiyni çıxıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç açıqlama verib.
69 yaşlı mütəxəssis bildirib ki, rəqiblə ikili mübarizədən sonra yerə yıxılan 25 yaşlı forvard problemi özü yoluna qoyub: "O, həkimlər meydana daxil olanadək çiynini yerinə salıb".
Hətta Emreli həmin epizoddan sonra ayağa qalxaraq, oynamağa davam edib. Forvard 75-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Mahir Emreli "Qoritsa"ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda zədələnib. Futbolçunun bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. O, artıq müalicəyə başlayıb.