
Azərbaycan Kubokunun 30 illik tarixində 30-cu dəfə penaltilər seriyasına müraciət olunub.
Sportnet.az-ın məlumatına görə, bu, "Neftçi" və "Zirə" komandaları arasında yarımfinal mərhələsinin cavab oyununa təsadüf edib.
Hər iki görüşdə qolsuz heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə istifadə edilib. Bu, cari mövsümün ilk penaltilər seriyasıdır. Yarımfinalda isə qalib 6-cı dəfə penaltilərlə müəyyənləşib.
Sonuncu belə hadisə ötən mövsümün yarımfinalında baş verib. Həmin vaxt “Sumqayıt” iki qolsuz heç-heçədən sonra “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 5:4.
Qeyd edək ki, 11 metrlik cərimə zərbələrində daha dəqiq (4:2) oynayan "Zirə" finalda "Qarabağ"a rəqib olub.