FIFA dərəcəli keçmiş baş hakim Anar Salmanov “Səbail” akademiyasının koordinatoru Mirbağır İsayevi məhkəməyə verib.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, sabiq baş hakim xüsusi ittiham qaydasında Nizami Rayon Məhkəməsinə müraciət edib.
O, “Səbail” akademiyasının koordinatorunun Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Cinayət işi hakim Rauf Əhmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, AFFA İntizam Komitəsinin 10 oyunluq cəzalandırdığı M.İsayev "Keşlə" ilə U-17 liqasının görüşündə hakim-inspektor Anar Salmanovu təhqir edib. O, keçmiş referini vaxtilə rüşvət almaqda günahlandırıb.
M.İsayev müxtəlif vaxtlarda Azərbaycanın U-17 və U-15 yığmalarına rəhbərlik edib.