
Bakının AZAL komandasından ayrılan Cahangir Həsənzadənin
yeni klubu müəyyənləşib. Bu barədə Sportnet.az-a 35 yaşlı qolkiperin özü məlumat
verib.
Həsənzadə Topaz Premyer Liqasının debütantı "Araz-Naxçıvan”a keçəcəyini bildirib. Onun sözlərinə görə yaxın 2 gün ərzində tərəflər arasında rəsmi müqavilə imzalanacaq: "Anlaşma ən azından 1 ili əhatə edəcək”.