Kriştianu Ronaldunun İngiltərənin “Mançester Yunayted” klubundan ayrılacağı təqdirdə, onu əvəzləyə biləcək namizədlər bəlli olub.
Sportnet.az “Daily Express”ə istinadən xəbər verir ki, bunlar Niderland "Ayaks"ından Sebastyen Alle, Portuqaliya "Benfika"sından Darvin Nunes və İtaliya "İnter"indən Lautaro Martinesdir.
37 yaşlı hücumçu Çempionlar Liqasında iştirak üçün "qırmızı şeytanlar"dan ayrıla bilər.
Qeyd edək ki, Ronaldu cari mövsüm İngiltərə Premyer Liqasında 17 qola imza atıb.