Almaniya Bundesliqası təmsilçisi "Leypsiq"in futbolçusu David Raum 2 ingilis nəhənginin radarına düşüb.
Sportnet.az-ın "TeamTalk" nəşrinə istinadən xəbərinə görə, "Mançester Yunayted" və "Liverpul" 27 yaşlı cinah müdafiəçisi ilə maraqlanır.
Xüsusilə də, "qırmızılar"ın şotlandiyalı oyunçusu Endryu Robertsonun ayrılığı ilə boşluğu doldurmaq üçün Bundesliqa təmsilçisinin futbolçusuna həmlə etməyi planlaşdırır.
Qeyd edək ki, David Raum cari mövsüm "Leypsiq" forması ilə meydana çıxdığı 32 görüşdə 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.









































































