"Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa İngiltərə çempionunun hədəfinə düşüb.
Sportnet.az-ın xəbərinə görə, "Liverpul" "kral klubu"nda əsas heyətdəki Tçuameniyə itirən 23 yaşlı dayaq futbolçusunu heyətinə qatmağı planlaşdırır.
Arne Slotun "Liverpul"la gələcəyi sual altında qalsa da, klub rəhbərliyi Fransa Millisinin üzvünü gələcək planlarına daxil edib.
Qeyd edək ki, Eduardo Kamavinqa 2021-ci ildən Madrid "Real"ının şərəfini qoruyur.








































































