“Qəbələ”nin U-19 komandası Gənclər Liqasının qalibi olub.
Sportnet.az xəbər verir ki, "qırmızı-qaralar" çempionluğu XXV turdan təxirə salınan matçda qazanıb.
"Qarabağ"la səfər oyununda 6:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi 23 görüşdən sonra xallarını 59-a çatdırıb. Bununla da Zaur Hacıyevin baş məşqçi olduğu komanda sonuncu turun nəticələrindən asılı olmayaraq qızıl medalları təmin edib.
U-19 bu nəticə ilə 2022/2023 mövsümündə UEFA Gənclər Liqasında iştirak hüququ qazanıb.
Bu, “Qəbələ”nin Gənclər Liqasında 7-ci çempionluğudur. “Qırmızı-qaralar” 2012/13, 2015/16, 2017/18, 2018/19, 2019/20 və kubok formatında keçirilən 2020/21 mövsümlərinin qalibi olub.