
ABŞ Futbol Federasiya FİFA-nın 2022-ci ildə keçiriləcək dünya çempionatını təşkil etməklə bağlı onlara müraciət etməsi xəbərini təkzib edib. Sportnet.az-ın "Nyu-York Tayms"a istinadən yaydığı məlumata görə, ABŞ Futbol Federasiyasının prezidenti Sunil Qulati turnirin Qətərdən alınaraq, ölkəsinə verilməsi xəbərinə kəskin reaksiya verib.
Qulatinin münasibəti konkret olub: "Ağ yalandır".
Qeyd edək ki, bir qədər öncə DÇ-2022-nin Qətərdən alınaraq, ABŞ-a veriləcəyi ilə bağlı xəbər yayılıb.