
I Divizionda çıxış edən “Neftçi-2” baş məşqçisi Mahmud Qurbanovla vidalaşıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 49 yaşlı mütəxəssisin mayın 31-də başa çatacaq müqaviləsinin uzadılmamasına qərar verilib.
Klub göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Mahmud Qurbanov "Səbail"in baş məşqçisi təyin olunacaq.