
"Qarabağ" və "Zirə" komandaları Azərbaycan Kubokunun final oyununda anlamlı jest ediblər.
Sportnet.az-ın məlumatına görə, komandalar Qəbələ şəhər stadionundakı matçda meydana şəhid ailələrinin övladları ilə çıxıblar.
Dövlət himninin səsləndirilməsindən sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azyaşlı uşaqlara hədiyyələr təqdim edib.