"Ötən mövsümkü çıxışımı 10 ballıq şkala ilə 9 bal qiymətləndirirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ötən ilin yayında icarə əsasında yollandığı Türkiyənin "Ankaragücü" komandasındakı çıxışı barədə danışarkən deyib.
Qanalı hücumçu bildirib ki, afrikalı oyunçu üçün ölkə xaricində qol vurmaq asan deyil: "Tək mən yox, hətta Sadio Mane və Məhəmməd Salah da fərqlənmək üçün sonadək vuruşur. Amma, məsələn, Harri Keyn şans qazananda bundan asanlıq istifadə edir. Biz isə var gücümüzü qoyuruq. Fərqlənmək üçün niyə bu qədər mübarizə apardığımızı anlamıram".
Qeyd edək ki, Ovusu Kvabena "Ankaragücü"ndə meydana çıxdığı 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı forvard iyunun 9-da müqavilə ilə məxsus olduğu "Qarabağ"a qayıdacaq. Onun Ağdam təmsilçisi ilə 1 illik sözləşməsi var.