
“Sabah” futbolçusu Bəxtiyar Həsənalızadə ilə yeni müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 1 ildir.
Azərbaycan millisinin üzvü olan futbolçu 2020-ci ilin dekabr ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində ümumilikdə 36 oyun keçirib.
Qeyd edək ki, "Sabah" buna qədər Boyan Letiç, Aleksey İsayev və Elvin Camalovla da müqaviləni yeniləyib.