Yaponiya və Braziliya yığmaları arasında yoldaşlıq görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Tokiodakı Milli Stadionda təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 77-ci dəqiqədə penaltidən Neymar vurub.
Bu, 30 yaşlı hücumçunun "pentakampeonlar"ın heyətində 119 matçda 74-cü qolu olub. Neymar 92 görüşdə 77 dəfə fərqlənmiş Peleyə çatmaq üçün daha 3 qol vurmalıdır.
Qeyd edək ki, iyunun 11-də Braziliya millisi Argentina ilə yoldaşlıq görüşünə çıxacaq.