
Almaniyanın "Ayntraxt" klubunun və Avstriya yığmasının futbolçusu Martin Hinteregger 29 yaşında ikən karyerasına son qoyub.
Sportnet.az-ın məlumatına görə, bu barədə müdafiəçinin özü klubun rəsmi saytına açıqlama verib. Hinteregger bu mövsüm Avropa Liqasını qazandıqdan sonra belə bir qərar qəbul etdiyini söyləyib. O bildirib ki, Frankfurt azarkeşləri önündə son böyük qələbəsini əldə etdiyini anlayıb.
Qeyd edək ki, Martin Hinteregger "Ayntraxt"ın heyətində 138 oyuna 14 qol və 6 məhsuldar ötürmə müəllifi olub.