"Qarabağ"ın Ovusu Kvabenanı Polşa "Lex"inə qarşı Çempionlar Liqasının I təsnifar mərhələsinin oyunları üçün iştirak ərizəsinə daxil etməsinin səbəbi bəlli olub.
"Köhlən atlar"dan Sportnet.az-a verilən məlumata görə, hazırda 25 yaşlı afrikalı hücumçunun başqa kluba transferi gündəmdə deyil.
Qeyd edək ki, Kvabena Ovusu ötən mövsümü icarə əsasında Türkiyə təmsilçisi "Ankaragücü"ndə keçirib. Qanalı forvardla bu ölkənin "Sakaryaspor" klubu da maraqlanır. “Qarabağ” “Lex"lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.