1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məşqçi Rusiyadan üzr istədi
AVRO-2016-nın seçmə matçında baş verənlərlə əlaqədar Çernoqoriya yığmasının baş məşqçisi Branko Brnoviç Rusiya millisindən üzr istəyib. Sportnet.az-ın məlumatına görə, o, qarşılaşma zamanı baş verən hadisədən təəssüfləndiyini bildirib.
Seçmə qrup mərhələsinin V turunda baş tutan Monteneqro - Rusiya oyununun ilk saniyələrində yerli azarkeşin meydana atdığı priotexniki vasitə rəqib qapıçı İqor Akinfeyevin başına tuş gəlib. Xəsarət alan çərçivə qoruyucusu hadisədən sonra xəstəxanaya yerləşdirilmişdi.
"Baş məşqçi, futbolçu və ümumilikdə Rusiya kollektivindən üzr istəyirəm. Həqiqətən nə deyəcəyimi bilmirəm. Azarkeşlər bizə Avropada dəstək verirdi. İndi isə boş tribunalar qarşısında oynamalı olacağıq" - B.Brnoviç deyib.
Qeyd edək ki, oyunun 67-ci dəqiqəsində Roman Şirokovun penaltini yerinə yetirə bilməməsindən sonra meydana yenidən yad əşyaların atılması matçda fasilə yaranmasına səbəb olub. Bu dəfə baş hakim komandaları paltardəyişmə otağına göndərib və oyun birdəfəlik dayandırılıb.