"Azərbaycan futbolu böyük VAR ailəsinin üzvü ola bilər".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev Azərbaycan Premyer Liqasında VAR sisteminin tətbiqi barədə FIFA-nın rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, ölkədə bu sistemin istifadəsi ilə bağlı müəyyən çətinliklər olub: "Çünki bu proses COVID-19 pandemiyası ilə üst-üstə düşdü".
Qeyd edək ki, Premyer Liqada və ölkə kubokunda VAR sistemi cari mövsümdən tətbiq olunmağa başlayıb.