Bakının "İnter” klubu Avropa Liqasında keçirəcəyi oyunlar öncəsi heyətini daha bir futbolçu ilə gücləndirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "paytaxt təmsilçisi Gürcüstan yığmasının futbolçusu Aleksandr Amisulaşvili ilə 1 illik müqavilə bağlayıb.
Artıq Avstriyada olan 32 yaşlı müdafiəçi yeni komandası ilə tanış olub.
Qeyd edək ki, Aleksandr Amisulaşvilinin son klubu Rusiya "Krılya Sovetov”u olub. O, daha öncə Gürcüstanın "Dinamo” (Tbilisi), Ukraynanın "Dinamo" (Kiyev) və "Tavriya", Rusiyanın "Şinnik", "Spartak" (Nalçik), "Krasnodar” və "Krılya Sovetov", eləcə də Türkiyənin "Kayserispor” klubunda çıxış edib.