
"Karyeramı "Zirə"də davam etdirəcəyim üçün xoşbəxtəm. Burada məni çox sevirlər. Maraqlı təklif etdilər, mən də razılaşdım. İnanıram ki, bu mövsüm qarşıya qoyulan hədəflərə çatacağıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Filipe Paxtman "qartallar"la müqavilə müddətini uzatması barədə danışarkən deyib.
Ötən ayın əvvəlində 3 illik yeni sözləşməyə imza atan braziliyalı hücumçu əsas məqsədlərinin əla mövsüm keçirmək olduğunu bildirib: "Öz potensialımıza çox inanırıq və azarkeşlərimizə böyük sevinc bəxş etmək üçün mübarizə aparacağıq".
Qeyd edək ki, Filipe Paxtman 2021-ci ilin yanvarından "Zirə"də çıxış edir.