Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2022/2023 mövsümü üçün Avropanın 23 liqasında qalib olacaq komandaları təxmin edib.
Sportnet.az CIES-in rəsmi saytına istinadən xəbər verir ki, proqnozlar komandaların əvvəlki iki mövsümdəki çıxışları, hazırkı oyunçuların təcrübə kapitalı və klubların transfer bazarındakı xərclərinə əsasən verilib.
CIES İngiltərədə "Mançester Siti"nin, İspaniyada "Real Madrid"in, Almaniyada "Bavariya"nın, İtaliyada "İnter"in, Fransada isə PSJ-nin titula sahib çıxacağını yazıb.
Qurumun fikrincə, Türkiyədə "Fənərbağça", Xorvatiyada isə Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası çempion olacaq.