"Çempionlar Liqasının qrup mərhələsinə düşə bilmədiyimiz üçün məyusuq. Heç-heçə edəndə də eyni hissi keçirirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın direktoru Emrah Çelikel Çexiyada "Viktoriya" (Plzen) komandasına 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.
"Çexiyaya qələbə üçün getmişdik. Nəticənin olmaması bizi üzdü. Əslində buna üzülmək bir tərəfdən sevindiricidir. Çünki komanda pley-offadək irəliləyib və sonda Avropa Liqasının qrupuna düşüb. Bu da "Qarabağ" gəldiyi nöqtədən xəbər verir və hamımızı qürurulandırır", - deyə klub rəsmisi bildirib.
Bununla belə, futbolçularla fəxr etdiklərini deyən Çelikel Avropa Liqasında bacardıqlarını etməyə çalışacaqlarını söyləyib: "Qarabağ"ın adını Çempionlar Liqasında görmək istəyirdik. Avropa Liqasında əlimizdən gələni edəcəyik".