"Azazkeşlərə təşəkkür edirəm. 90 dəqiqə bizə dəstək oldular. Rəqib Azərbaycanın ən yaxşı komandalarından biridir. Matçın çətin keçəcəyini bilirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Qarabağ"a 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis rəqibin daha çox topa sahib olduğunu bildirib: "Ani diqqətsizlik qolla nəticələnir. Fərdi səhvlərdən qapımızda qollar görürük. Oyunçular mübarizə aparır və gələcəyə ümidlə baxa bilərik".
Əsgərli ilk 20-25 dəqiqədə yaxşı çıxış etdiklərini söyləyib: "Yerli futbolçularla mübarizəyə başlamışıq. 6 aydan sonra baxacağıq. Ehtiyacımız olan mövqelərə transfer edəcəyik".