"Çətin rəqiblə düşmüşük".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov U-19 komandasının UEFA Gənclər Liqasının I mərhələsində Xorvatiya "Hayduk"una rəqib olmaları barədə danışarkən deyib.
Bununla belə, 44 yaşlı funksioner gənclərə inamlarının böyük olduğunu bildirib: "Əsas məqsəd gənclərin lazımi təcrübə qazanmalarıdır. Turnirdə layiqli çıxış etmək üçün komandanın hazırlığına şərait yaradılacaq".
"Qırmızı-qaralar" "Hayduk"la ilk matçını sentyabrın 14-də səfərdə, cavab görüşünü isə oktyabrın 5-də Qəbələdə keçirəcək. "Qəbələ" mərhələ adlayacağı təqdirdə II mərhələdə "Astana" (Qazaxıstan) - "Apolonia" (Albaniya) cütünün qalibi ilə görüşəcək. İlk görüş oktyabrın 26-da səfərdə, cavab qarşılaşması isə noyabrın 2-də evdə gerçəkləşəcək. (Report)